FİKRİNİ DE!!! Forumun ana səhifəsi
 
Qeydiyyatdan keçin
 
FİKRİNİ DE!!! Forumun ana səhifəsi MVS Axtar İstifadəçilərin siyahısı İstifadəçi qrupları Şəxsi mə`lumat Şəxsi ismarışlarınıza baxmaq üçün hesabınıza daxil olun. Giriş
Mənim iş yerim və iş rejimim
Səhifə 1, 2, 3, 4, 5, 6, 7, 8  Sonrakı
 
Yeni mövzu aç   Cavab göndər    FİKRİNİ DE!!! Forumun ana səhifəsi -> Yolayrıcı
Əvvəlki mövzu :: Sonrakı mövzu  
Müəllif İsmarış
ÜFÜQ



Qeydiyyat tarixi: C. Fev. 18, 2005 11:43
İsmarışlar: 40

İsmarışGöndərilib: C. Mar. 18, 2005 05:47    İsmarış mətni: Mənim iş yerim və iş rejimim Sitatla cavab ver

Ümid eləyirəm ki, bu movzu təkrar olunmur, hər halda foruma göz gəzdirdim, oxşarını tapmadım.
Yeqin ki, çoxlarınız hansısa şirkətlərdə, dövlət idarələrində və ya özəl firmalarda işləyirsiniz. Sualım sizin iş yeriniz barədə olacaq.
Əlbəttə, istəməsəniz harda işlədiyinizi qeyd etməyə bilərsiniz, amma xahiş ediram ki, iş stolunuz, onun dizaynı və ətrafındaki vəziyyət haqqında yazasınız.

Birinci mən başlayiram. İşlədiyim təşkilat ABŞ-in Bakıdakı QHT-lərindən biridir. Şəxsi iş otağım olmasa da, layihələr üzrə bəyaz arakəsmələrlə iş yerlərimiz "hasarlanıb". İstəyimə uyğun olaraq, pəncərəyə ən yaxın və işıqlı guşə mənə düşüb. Başımın üstündə Azərbaycanın xəritəsi, saat və işçilərimizin əlaqə telefonları yazılmış lövhəcik var. Özümü tərifləmək olmasın, ofisdə ən səliqə-sahmanlı iş stolu məndədir. Əgər artiq bir kağız, qeydlər və ya CD olsa, dərhal fikrim dağılır. Ona görə də çalışıram ki, stolumun üzərində maksimum az kağız-kuğuz olsun. Nahaq yerə deməyiblər ki, işçinin əhval-ruhiyyəsi onun iş şəraitindən çox asilidir. Zarafat deyil, günün 1/3 hissəsi burda keçir gülüş

Bəs sizin iş yerinizdə vəziyyət necədir? Sizlər üz iş yerinizi necə səliqə-səhmana salırsınız?

_________________
"Cinayətkarlar Diyarı" - bir vaxtlar "şairlər yurdu", "gözəlliklər diyarı" , "neftçilərin vətəni" dediyimiz Azərbaycanı indi başqa cür adlandirmaq çətin gəlir.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Şəms
İdarəçi


Qeydiyyat tarixi: B. Avq. 31, 2003 17:34
İsmarışlar: 10273
Şəhər/ölkə: NBG, BRD

İsmarışGöndərilib: Çər. Mar. 23, 2005 10:31    İsmarış mətni: Re: Mənim iş yerim və bəzi məsləhətlər Sitatla cavab ver

ÜFÜQ yazıb:
Bəs sizin iş yerinizdə vəziyyət necədir? Sizlər üz iş yerinizi necə səliqə-səhmana salırsınız?
Salam, uzun, lap uzun bir təsvir gəlir hazır olun. Bu mövzunu görüb sevindim. Məncə, çox maraqlı mövzudur. Çünki hər birimizin iş stolu onun xarakterindən xəbər verə bilər. Doğrudur, mənim günümün nisbətən az hissəsi stol arxasında keçir, amma adətən növbədə olanda gecələr və epikrizləri yazanda əsl stol arxasında oluram. Əks halda mənim iş stolum cərrahi masa, obyektim xəstələr, alətim isə lanset, pinset, sap, iynə, çəkic, qayçı və s.s.s.-dir.
Kompüterimin monitoru düz pəncərənin önündədir, ondan sol tərəfdə çapedici və kompüterin əsas qutusu dayanır. Bu uzun stolun üzərində olanların qalan hissəsi hamısı mənim və monitorumun sağ tərəfində qalır. Əvvəlcədən qeyd edim ki, bu mövzuya cavab yazacağımı bildiyim üçün bugün masamı təmizləmişəm, çünki bə`zi tənbəl həmkarlarım yenə də xəstəlik aktları ilə doldurmuşdular masanı. Onlar üçün bu stol sadəcə epikriz yazıb tez getmək üçündür, mənim üçün isə (bura mənim otağım olduğu üçün) əsl iş stolumdur. Düzdür mən də bə`zən əvvəlki şö`bəmə gedib ordakı köhnə kompüterimdən istifadə edirəm, daha onlar kimi papkalarımı stolda qoyub getmirəm (kompüterə köhnə deməmə baxmayın, istifadəmizdə olan ən yenisidir, səs kartı olan tək PC-dir, mən CD-lərimi bə`zən alıb aparıram özümlə musiqimizin sədası altında işləyirəm gecələr, həm də bizim əlifbamızı ora yüklədiyiim üçün mənə daha çox sərf edir, bir də qəbul şö`bəsi ilə eyni mərtəbədədir, tə`cili hallar üçün 4-cü mərtəbədən düşəsi olmuram, mənim öz otağımdakı kompüterə bizim əlifbanı yükləmək mümkün deyil, amma danışmışam ki, düzəltsinlər). Qayıdaq mövzuya: bu dəqiqə siçanın yanında bloknotum, onun da yanında qələmim var. Daha sonra üzündə qəmli ifadə olan (səhər tez durduğu üçün kefsiz olan birinəkarikaturadır əslində) mimika əksli tünd çəhrayı fincan (yazıya başlamamış çay içirdim, bugün qeyri-adi sakitlikdir növbədə, düshünün ki, mən iş vaxtı forum uçun yazı yazıram, aaaaaaaaa, səbəb isə bütün xəstəxananın bağlı olduğu kompüter proqramının işləməməsidir, yoxsa, o qədər yazılası yazım, görüləsi işim var ki, (gecə saat 3-ə kimi onları yazası oldum). Qəbulda da bu dəqiqə sakitlikdir, fırtına öncəsi kimi). Daha sonra bir kağız yığını var, içərisində xəstə aktlarından tut ta ki, növbə planına kimi hər şey var. Ən üstdə isə işləməli olduğum "Gutachten“ (xəstələrin xəstəlik sayəsində qazandıqları əlillik dərəcəsinin tə`yini və də sığortalardan gələn suallar). Bütün bu son saydıqlarıma (bloknot, fincan və papkalara) paralel masanın daha yuxarı hissəsində isə üst-üstə qoyduğum 2 uzun gündəlik plan təqvimləri var (bunun biri mənim şəxsi təqvimimdir, digərini isə şö`bə və xəstələrin qeydləri üçün ayırmışam), onun üzərində kiçik qeydlər üçün olan vərəqlər toplusu, 2 qələm (bunlardan biri markerdir) və gözəl çəhrayı rəngli bir konvert var. Həmin konvertinin içində isə 2 gün əvvəl ana olmuş keçmiş tibb bacılarından biri üçün aldığım və bugün axşam (növbədə sakitlik düşən kimi) doğum şö`bəsinə ziyarətinə gedib vərəcəyim hədiyyə çeki var. Baxışlarımı bir qədər sağa apardıqda paplaıarın yanına qoyulmuş yuyulmaqdan qayıdan və səliqə ilə qatlanmış iki dənə xalatımı görürəm (xalatları 10 dəqiqə əvvəl tibb bacısı masaya qoydu, əslində yeri şkafdadır, yazını yazan kimi durub qoyacam). Onun da yanında telefon. Əlimi uzatsam, çatmayacaq məsafədədir, ona görə də təkərli stullar köməyimə gəlir. Daha uzaqda isə iki qutu var, biri atılacaq “sənədlər" üçün (burda şəxsi anonimlik qorunduğu üçün xəstələrin mə`lumatları olan kağızlar ayrıca qablaşdırılıb ləğv edilir). O birisi qutu isə mənə lazım olan bə`zi boş sənədlər, anketlər üçündür. Bu dəqiqə içində çox şey yoxdur. Stolun ən son küncündə çağırış cahazı və radiodur. Sonra da ki, gərəksiz iki karton qutu (çapedicinin mürəkkəblərinin qutusu). Bax, belə bu da mənim iş masam. Üzərindəki şeylərin çoxluğu sizi qorxutdu? Onda gəlin onun uzunluğunu deyim ki, sakit olasınız, 2,5 m. Masanin 1 metrəsi pəncərəyə düşür və mən bu yazını yazdıqca qırmız daşlı çardaqları, uzaq dağları, hələ çılpaq ağacları və göy səmanı görürəm. Pəncərənin qarşısı mənə daha yaxın olduğu üçün o da iş stolumun bir hissəsini və davamını təşkil edir. Çünki ordakılara əlim tez çatır nəinki masanın o biri başındakı əşyalara. Məsələn düz qarşımda kiçik şüşə qab büro sancaqları ilə doludur, kiçik qayçını ora mən qoymuşam. Onun yanında rəngsiz lent yapışqan var. Ondan sağda isə bir neçə A4 formatlı mə`lumat vərəqələri və kağız deşən. Pəncərənin sağ küncündə daha maraqlı bir şey var. Bunlardan biri dərin infektion yaraların müalicəsi üçün istifadə etdiyimiz, amma artıq açıldığı üçün steril olmayan qara maçalkadır (vacuaseal), digəri isə şənbə günü qəbirstanlığa gedib meyiddən ürək döyüntüsünü tə`min edən stimulyator (Herzschrittmacher) çıxarmaq üçün qəbuldan gətirdiyim materiallar və birincili yaraların bərpası üçün istifadə edilən set, sap, steril əlcəklər və lanset.
Məncə bu qədər bəsdir daha. Gələn dəfə evdəki iş stolumu təsvir edərəm, hələlik müvəqqəti olaraq jurnal stolundan istifadə etdiyim üçün (kompüterimi masası qarışıq bacıma bağışlamışam) böyük bir kabel xaosu var indikində, sabah (artıq bugün) gedirəm Nürnberqə bəyəndiyim stolu almağa, inşAllah ki, saxlatdırmamı nəzərə alaraq başqasına satmayacaqlar. Qurduqdan sonra yazaram.

Şəms

_________________
Qürbətin odu vətənin tüstüsü qədər parlaq deyil!
Ayrılıq var-sonu şirin vüsaldır.
Ayrılıq var-sonu yoxmuş, ay aman.

Yalnız məhəbbət kimləri isə yaşatmağa qadirdir.
Oskar Uayld
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax
Qonaq






İsmarışGöndərilib: C.a. Mar. 24, 2005 14:06    İsmarış mətni: Sitatla cavab ver

Şəms, bu həqiqətən də maraqlı mövzudur.
Şənbə günü görüş zamanı artıq açılmışdı və bəyənmişdim də, axşam da görüşdə forumçulardan barəsində bir-iki sözlə danışdıq.
Xüsusilə də, özünü Funtos adlandıran birisiylə dişlərimə bax
Mən də Şəms kimi öz iş yerimi təsvir edim. Amma onu nəzərə da alın ki, əgər Funtos öz masasının vəziyyətini təsvir edərkən mənim mətnimi olduğu kimi köçürsə, mən onu məhkəməyə verməyəcəm, çünki masalarımız arasında yeganə fərq odur ki, mən iş yerimdən onu görürəm, o isə məni gülüş
Faktiki olaraq, biz, fiziki cəhətdən bir-birinə bağlı masada otururuq, sadəcə olaraq, aramızda olan acı bir zarafata görə, aramızda, iş sahələrimizi ayıran cəmi 15 sm-lik hündürlüyündə arakəsmə olmasa, heç bilməzdik ki, harada onuniş yeri bitir, harada mənimki başlayır. Deyirəm, ay Funtos, ən azı 20-25 sm-dən sonra artıq ipotekanın bitib mikromaliyyənin başlamasından bilmək olar ki, mənim “zonam” bitib və müdaxilə eləmişəm.
Deməli, iş stollarımız ABŞ-ın stels təyyarələrinə bənzəyir, sovet dili ilə desək “Г”vari. Deməli bu stelsin kabinəsi olan yerdə kompum durur. Montor bir qədər hündürlükdədir, altında köhnə normativaktların kopiyaları, lazımsız disketlər var. Monitorun düz böyründə də skanlaşdırmaq üçün nəzərdə tutulmuş fotolar. Monitordan sağda kompüterin əsas zırıltısı durur. Onun üzərində həmişə aşırtmalı bir təqvim var. Həmçinin, ən təcili, cari işlərimi də oraya qoyuram ki, gözümə girsinlər... gülüş
O “zırıltıdan” solda, yəni ki, stelsin sol qanadının orta hissəsində, keçən həftənin rəsmi qəzetlərinin – “Azərbaycan”, “Xalq qəzeti”, “İki sahil”, “Yeni Azərbaycan”, “Bakinskiy raboçiy”in bir yığınağı durur. Hər səhər onları nəzərdən keçirirəm, lazım olan normativ aktların sürətini çıxarıb yığıram, axşamlar da müdirimiz onları özü oxuyur, səhərlər qaytarır, mənim də şkafa yığmağa səbrim olmadığından, cüməyədək yığıram elə bura.
Bu yığınaqdan da solda, yəni masamın sol qanadının ən sonunda daşınmaz əmlakın girovu üzərində müxtəlif ölkələrin təcrübəsini əks etdirən materiallar yığılıbdır. Burada əsasən Almaniya, Rusiya və Qazaxıstanın təcrübəsi toplanıb. İpotekanın üçüncü oxunuşda da qəbuluyla, inşallah, daşınmaz əmlakın kreditləşdirilməsi ilə əlaqədar normativ bazanın hazırlanması mərhələsi də fəallaşacaq.
Hə, yadımdan çıxmışdı, kompüterimin keysi ilə qəzetlər yığınağı arasında, təyyarələrin mərmilər daşınan hissəsində bizim əsas silahımız da cəmlənib – burda mənim kitablarım, daha doğrusu məcəllələrim toplanıb. Mülki, vergi, əmək, inzibati xətalar... bir-iki də kitab, o cümlədən “Муждународный опыт ипотечного жилищного кредитования и перспективы его использования в России” nə danışırsan? gülüş
Keçək indi də bizim masanın sağ qanadına. Sağ qanadımı Funtosun “təyyarəsindən” bayaq qeyd etdiyim 15 m-lik bir çin səddi ayırır.
Üzərinə monitor qoyulmuş hündürlükdən düz sağda mənim yazı yazmaq üçün iki kağız topam var – hər yeri üzlədiyim sarı və hər yerə ilişdirdiyim ağ kağızlar. Ondan da sağda, əlim çatacaq uzaqlıqda yazı dəstim. Amma onun tam olduğu bir günü görmədim. Məsələn, elə indi:
- Funtos, mənim steplerim hanı?
Nə qədər qəribə olsa da, Funtosdan cavab gəlmir. Əvəzinə başqa həmkarımdan sas eşidilir:
- Məndədir.
Bax, həmişə belədir.
Bir də görürsən Funtos özü yaman təşvişə düşür – qayçı axtarır ki, məktubları açsın.
Dəstdə nə deyirsiz var e: yapışqan, qələmlər, hər rəngdə, karandaşkar – taxtalı və avtomatik, 4 ədəd marker, kimə lazımdı?, skotç (viski deyil) stepler içi, pərçim, nə bilim daha nələr...
Hə, dəstdən sağda əsasən cari işlərimlə əlaqədar normativ aktlar – qanunlar, fərmanlar, NK qərarları və digər sənədlər, bir də çox sayda yazdığım məktub layihələri, müqavilələr. Bu yığın daimi dəyişir. Məsələn, baxaq görək, bugün burada nə var? Sosial ödənişlərin artırılması haqqında fərmanlar, ... bu nədir... Funtos, tenderin nəticələrinin rəsmləşdirilməsi haqqında qərar sənindir deyəsən, srhədi qanunsuz keçib... yenə də ipotekaya dair məlumatlar, “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Qanun, bir dənə “Власть” jurnalı var. Amma onun işimə heç bir aidiyyəti yoxdur.
Funtosla masalarımızı yarıbölən sərhədə perpendikulyar daha bir dolab durur, masamız hündürlüyündə. Üzərində printerimiz durur, yanında mənim indi oxuduğum “Henri Adamsın tərbiyyəsi” bioqrafik xatirələri.
Sonra?...
Hə, bir də telefonum var, düz sol əlimin altında, tamama yaddan çıxmışdı. Markası da... baxım... Siemens!
Baxın da, iş şəraitimiz belə bir məkanda keçir.

Gələn dəfə mütləq biraz da gündəlik iş rejimin zaman axarında inkişafından da yazacam. Yazaq, Funtos? ahaa
Əvvələ qayıt
fplanet
Ən yaxşı forumçu Zöhrəcik


Qeydiyyat tarixi: Ç.a. Yan. 25, 2005 09:29
İsmarışlar: 7145
Şəhər/ölkə: females' planet:))

İsmarışGöndərilib: Ş. May 21, 2005 10:10    İsmarış mətni: Re: Mənim iş yerim və iş rejimim Sitatla cavab ver

ÜFÜQ yazıb:
Bəs sizin iş yerinizdə vəziyyət necədir? Sizlər üz iş yerinizi necə səliqə-səhmana salırsınız?


Menim ofisim her zaman seliqesiz olur. Ne qeder seliqeye salsam da, yene köhne hamam köhne tas.
İki otaqlı bir ofisdeyem. İki komputer var otaqda. Birinde men digerinde ise bir azerbaycanlı oğlan oturur. Herden komputerde problem olanda onunla dava salıb onun komputerini alıram ondan. YAzıq oğlan menden bezib. Gelecek semester menimle işlese men sevinecem.

Çox semimi bir iş qrupumuz var. O qeder sevirem ki iş yoldaşlarımı. Doğrusu azerbaycanlı deyil birisi xaric, amma çox sevimlidirler. 6 ecnebi iş yoldaşlarım var, digerleri ise yaşadığım yerdendir
Gergin iş heyatım olmur. Be' zen gergin olanda da kömek edirler. Deyirem dünyada yaxşı insanlar çox var. Hamısı da menim iş yoldaşlarım olub. Elhemdulillah.

İşe seher tezden gedib, her defesinde bir qehve ile ve Akif İslmazdenin Alagözlüm mahnısı ile işe başldaımsa, o gün işim çox gözel keçir, ve yorulmadan böyük zövqle işleyirem.
Hamınıza gözel iş heyayı, ve zövqlü günler arzu edirem.

Allah amanında gülüş
_________________
Günəşim.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
ADELINA



Qeydiyyat tarixi: Ç.a. Sen. 23, 2003 15:44
İsmarışlar: 392
Şəhər/ölkə: Bakı, Azərbaycan

İsmarışGöndərilib: Ş. May 21, 2005 11:13    İsmarış mətni: Sitatla cavab ver

Men dovlet muessesindde ishleyirem.
Bizin muessede menim otaqim kimi seliqeli ve gozel otaq yoxdur.Numunevi otaqdir.Indi deyeceksiniz ozunu terifleyir. Yox..
Otaqimin bele secilmesinde en boyuk rolu reisim oynayir.O xoshlayir ki her sheyin yaxshisi olsun,hem de seliqeni cox sevir (vasvasi deyirler bu tip adamlara)
Stolum "Г" formasindadir. Stolumun sol terefindeki kuncde tez-tez ishletdiyim senedleri yiqiram.Onlardan sonra gundelik "Ежедневник" Sonra da kalkulyatoru yerleshir. onlarin yerini hec vaxt deyishmirem.Hemde cox seliqeli bir xett boyunca duzulubler.Kimse stolumda axtarish aparibsa o an bilirem. Cunki bu xetti men oturanda gorurem.Ayaq uste duran adam o xetiit gormur.
Stolun saq terefinde komp-dir (monitor, printerdir ve kolonkalardir). Monitorun ust hissesine kicik bir sari yarpaq uzerinde oturmush qarinene boceyi yapishdirmisham (bir dostumun hediyyesi), monitorun ashaqi hissesinde kicicik saat, fil ve 2 dovshan suvinirleri var. Cox shirindirle.
Bu iki stolun birleshdiyi yerde (aval hissede) 2 telefonum var. Aq rengde sheher ve qirmizi rengde daxili zengler ucun.
O ki qaldi seliqeliye... Adeten temiz olur.cunki stolun ustu qarishiq olanda ureyim sixilir. ishim cox olanda ise o qeder sened tokurem ki hec stolun ustunun ne rengde olduqu gorunmur.bezen hec telefonlarda gorunmur (kaqizlarin altinda qalirlar) Ne qeder ishim cox olsa da eve gedende start veziyetine qaytariram.

O ki qaldi kollektive. pis deyil. Raziyam. ilk ish yerimdeki kollektivden yaxshidir :-)

_________________
Чтобы мудро жить знать надобы не мало
Два правила запомнить для начало
Ты лучше голодай чем есть что папало
И лучше буть один чем вместе с кем папало
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər MSN
Elvin_Nagiyev



Qeydiyyat tarixi: C. Okt. 31, 2003 17:33
İsmarışlar: 521
Şəhər/ölkə: Gəncə

İsmarışGöndərilib: B. Sen. 11, 2005 09:31    İsmarış mətni: ANS - Group of Companies Sitatla cavab ver

Mene gelince, ish yerimden cox - Ish qrafikasindan raziyam. Lezzet eliyir...
Bele ki, asham smeninde ishleyirem. Ishim saat 4'de bashlayir. Gece saat 12'de ic xeberden sonra da bitir.
Coxlarindan ferqli olaraq, istirahet gunum Shenbe'dir. Bazar gunu de, istirehet gunu kimi bir sheydi. Cunki, demek olar ki, ish yox deyilecek qeder az olur. Hech belke, gelmesem de dunya dagilmaz...
Bele...
_________________
“Walking on water and developing software from a specifications are easy, if both are frozen.”
- Ed Berard, Life Cycle Aproaches-
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax Yahoo MSN
Romeo



Qeydiyyat tarixi: Ç.a. Apr. 20, 2004 01:41
İsmarışlar: 206

İsmarışGöndərilib: Ç.a. Sen. 13, 2005 15:34    İsmarış mətni: Sitatla cavab ver

Hal hazirki ish yerim ele de seliqeli deyil..
Komputer,printer,skaner-i guc belaynan stola yerlshdirmishik gülüş
Gelen ve geden materiallar birinci bizim ofise geldiyi ucun hemise iceri doludur..
Otagi temizlemeye adamin hec ureyi gelmir cunki Heineken (itimizin adidi) yene de gelib bulashdirir otagi.. acıq
Ofis de ki balaca konteynerdi gülüş

_________________
Heqiqeten Allah-a inanan ve Allah-dan qorxan birine inan,cunki onun senden gudeceyi bir sey yoxdu
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər İstifadəçinin veb səhifəsinə bax
poçtalyon



Qeydiyyat tarixi: B. Okt. 09, 2005 18:24
İsmarışlar: 31
Şəhər/ölkə: Iceri sheher

İsmarışGöndərilib: C. Okt. 28, 2005 17:07    İsmarış mətni: Sitatla cavab ver

Ish otagimda en çox karima gelen zibil yeshiyidir. Bundan sonra qelem ve kagiz. En çox sevdiyimse ish masamin ustunde qardashimla olan sheklimdir.
_________________
...unvansiz mektublar mutleq unvanina çatacaq.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Samir
Onun sevimli dəlisi


Qeydiyyat tarixi: B.e. Sen. 08, 2003 10:22
İsmarışlar: 3929
Şəhər/ölkə: İnternet

İsmarışGöndərilib: Ç.a. Noy. 01, 2005 03:21    İsmarış mətni: Sitatla cavab ver



Bu da mənim yerim. Ən səliqəli versiyası ahaa
_________________
Bu da keçər.
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər Yahoo MSN
Kamila
Pis qız


Qeydiyyat tarixi: Ç.a. Okt. 25, 2005 15:15
İsmarışlar: 2052
Şəhər/ölkə: kentuki

İsmarışGöndərilib: Çər. Apr. 19, 2006 16:36    İsmarış mətni: Sitatla cavab ver

Menim ishlediyim idare gozel temirli, ishiqli bir yerdir. Müasir texniki tələblərə cavab verən mühafizə, ventilyasiya sisteminə və sabit temperatur şəraitinə malikdır.
Men eyleshdiyim otaqda menden bashqa 2 nefer ishci de var. Hamimizin ayrica komputeri, daxili ve sheher telefonu. Yeni hec birimizin digerimize qarishacaqimiz ve yaxud asilacaqimiz yoxdur. Otaq boyunca uzanan muxtelif sened papkalari ve jurnallarla dolu olan shkaflar duzulub.

Menim masamin uzerinde komputerden bashqa stolustu dest, senedleri yiqmam ucun 2 mertebeli plastmas yeshik, Azerbaycanin tarixi abidelerini canlandiran stolustu teqvim ve cay icdiyim fincanim yerleshir.
En esasi ise boyuk bir guzgum var ki... gun erzinde azi gozum 100 defe ora satashmasa olerem gülüş)

Masanin saq terefine berkidilmish pristavkanin uzerinde telefonlarim, printer ve skanner, masaustu saat, bashimin uzerinde prezidentimizin shekli, ve divarin saq kuncunde 2 m-lik 3 rengli bayraqimiz durur.
Bir sozle ish sheraitimden heleki raziyam. Herden eynilikden yorulanda hamini deng edirem ve belelikle otaqdaki obstanovkani deyishmekle sakitleshirem.

_________________
Dil - ağlın tərcümanıdır
" быть здесь-и-сейчас. Будущее и прошлое приносят думани"
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
Qonaq






İsmarışGöndərilib: Ç.a. Apr. 25, 2006 15:17    İsmarış mətni: Sitatla cavab ver

Bu mənim iş yerim (həmişə belə səliqəli olmur haa)

İş rejimim isə sərbəstdir. Onun da şəklini gələn dəfə qoyacam dişlərimə bax
Əvvələ qayıt
Nino
Axar su və maestro


Qeydiyyat tarixi: B. Dek. 12, 2004 16:32
İsmarışlar: 6549
Şəhər/ölkə: la Ville Rose

İsmarışGöndərilib: Ç.a. Apr. 25, 2006 16:11    İsmarış mətni: Sitatla cavab ver

Bura klubdu?
_________________
Mən heç kəsi sevmədiyim gunlərdə azad və rahatam.

Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər İstifadəçinin veb səhifəsinə bax
Qonaq






İsmarışGöndərilib: Ç.a. Apr. 25, 2006 16:16    İsmarış mətni: Sitatla cavab ver

Nino yazıb:
Bura klubdu?

Xeyir, dərs verdiyim labaratoriyadır.
Əvvələ qayıt
C.G.



Qeydiyyat tarixi: Ç.a. Okt. 24, 2006 21:58
İsmarışlar: 1154
Şəhər/ölkə: Hüzurumla cahan nə bəxtiyardır!

İsmarışGöndərilib: Ç.a. Apr. 25, 2006 18:01    İsmarış mətni: Sitatla cavab ver

Stolumun üstü qarışıq vəziyyətdədir. Qanunlar, təlimatlar... qarışıb bir-birinə. Bir az əvvəl mobil telefonumu tapmağa düz 5 dəq. vaxt sərf etdim.
İş yoldaşıma deyirəm ki, stoluma bax, lap bazara oxşayır. O da qayıtdı ki, oxşamır, bazardır!
öldüm gülməkdən
İndi bu bazarı yığışdırmalıyam! uuuu
_________________
"Qələbədə mənə ən xoş olan mənimlə vuruşanlara həyat bəxş etmək imkanıdır"
(Sezar)
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər
mad_budda



Qeydiyyat tarixi: B. Okt. 30, 2005 12:52
İsmarışlar: 782
Şəhər/ölkə: Nağılgözlər

İsmarışGöndərilib: Çər. Apr. 26, 2006 08:58    İsmarış mətni: Sitatla cavab ver

Mənim isə iş yerim küçələrdir -- mən köçəri tayfayam... Qaraçıyam...
_________________
Əgər mənim qanadlarım olsaydı,
turniketə çırpılaraq liftə girə bilməzdim,
əclaf uşaqlar lələklərini qoparardılar onların,
insanlar barmaqlarıyla göstərərdilər məni,
fəqət hər şeyə rəğmən mənim qanadlarım olsaydı,
Nağılgözlüm, onlarla Səni göylərə qaldırardım...
Əvvələ qayıt
İstifadəçi mə`lumatlarına bax Şəxsi ismarış göndər E-məktub göndər Yahoo MSN
İsmarışları göstər:   
Yeni mövzu aç   Cavab göndər    FİKRİNİ DE!!! Forumun ana səhifəsi -> Yolayrıcı Bütün saatlar GMT + 4 Saat
Səhifə 1, 2, 3, 4, 5, 6, 7, 8  Sonrakı
1 səhifə (Cəmi 8 səhifə)

 
Keç:  
Bu forumda yeni mövzu aça bilməzsiniz.
Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz.
Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz.
Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz.
Bu forumdakı sorğularda səs verə bilməzsiniz.