| Əvvəlki mövzu :: Sonrakı mövzu |
| Müəllif |
İsmarış |
Tusi

Qeydiyyat tarixi: B.e. Noy. 24, 2003 21:09 İsmarışlar: 27
|
Göndərilib: Ç.a. Dek. 09, 2003 01:45 İsmarış mətni: Dilimizdəki qısaltmalar |
|
|
Eziz dostlar, mene sizin komeyiniz lazimdir. Mene dilimizde olan qisaltma sozler ve onlarin achilishi lazimidir. Meselen, BMT-Birleshmish Milletler Teshkilati, QHT-Qeyri-hokumet teshkilati ve s. Eger bu movzuda bele qisaltmalari yazmish olsaniz, Size minnetdar olardim.
Hormetle
Tusi _________________ Yaşamaq yanmaqdır, yanasan gərək.
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa yaşamır demək.
Onun da yaşamağı yanmağındadır. |
|
| Əvvələ qayıt |
|
 |
. Qonaq
|
Göndərilib: Ç.a. Dek. 09, 2003 08:11 İsmarış mətni: |
|
|
AATA - Avropa Azad Ticarət Assosiasiyası
AB - Avropa Birliyi
ABŞ - Amerika Birləşmiş Ştatları
ADİU - Azərbaycan Dövlət İqtisad Universiteti
AİJA- Azərbaycan İdman Jurnalistləri Assosiasiyası
AKTA - Azərbaycan Kədn Təsərrüfatı Akademiyası
AMİP - Azərbaycan Milli İstiqlal Partiyası
ATƏT - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı
ATMP - Avropa Təhlükəsizlik və Müdafiə Paktı
ATU - Azərbaycan Tibb Universiteti
AŞ PA - Avropa Şurası Parlament Assambleyası
BDU - Bakı Dövlət Universiteti
BTP - Beynəlxalq Ticarət Palatası
QAT - Qarabağ Azadlıq Təşkilatı
QFF - Qarabağ Futbol Federasiyası
İƏİT- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı
YAP - Yeni Azərbaycan Partiyası
MDB - Müstəqil Dövlətlər Birliyi
MSK - Mərkəzi Seçki Kommisiyası
XİN - Xarici İşlər Nazirliyi |
|
| Əvvələ qayıt |
|
 |
. Qonaq
|
Göndərilib: Çər. Dek. 10, 2003 03:18 İsmarış mətni: |
|
|
ABƏŞ - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
ACİ – Açıq Cəmiyyət İnstitutu
AVP - Ana Vətən Partiyası
AQB - Azərbaycançı Qüvvələr Birliyi
ADDYİ - Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi
ADMP - Azərbaycan Demokratik Mərkəzçi Partiyası
ADP - Azərbaycan Demokrat Partiyası
AEBA – Atom Enerjisi üzrə Beynəlxalq Agentlik
AzərTAc – Azərbaycan Dövlət Teleqraf Agentliyi
ALDP – Azərbaycan Liberal Demokrat Partiyası
ALP - Azərbaycan Liberal Partiyası
AMEA – Azərbaycan Milli Elmlər Akademiyası
ANH - Azərbaycan Naminə Hərəkat
ARDNŞ - Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
ATƏT DTİHB – Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Demokratik Tə'sisatlar və İnsan Hüquqları Bürosu
AXCP – Azərbaycan Xalq Cəbhəsi Partiyası
BAP - Böyük Azərbaycan Partiyası
BVF - Beynəlxalq Valyuta Fondu
BQXK - Beynəlxalq Qırmızı Xaç Komitəsi
BQP – Böyük Quruluş Partiyası
VHP - Vətəndaş Həmrə'yliyi Partiyası
QHT SMM – Qeyri Hökümət Təşkilatları Seçki Monitorinq Mərkəzi
DAK – Dünya Azərbaycanlıları Konqresi
DAP - Demokrat Azərbaycan Partiyası
DYP – Dövlət Yol Polisi
DGK - Dövlət Gömrük Komitəsi
DSİ - Demokratik Sabitlik İttifaqı
DSK – Dairə Seçki Komissiyaları
İİN – İqtisadi İnkişaf Nazirliyi
İKT - İnformasiya-Kommunikasiya Texnologiyaları
İKTMS - İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə Milli Strategiya
YMH - Yeni Müxalifət Hərəkatı
KİV - Kütləvi İnformasiya Vasitələri
KTMT - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı
MVP - Milli Vəhdət Partiyası
MDİ - Milli Demokratiya İnstitutu
MKM - Müxalifətin Koordinasiya Mərkəzi
MM - Milli Mәclis
MMM - Müstəqil Mətbuat Mərkəzi
MMP - Müasir Müsavat Partiyası
MnSK – Məntəqə Seçki Komissiyaları
MTN - Milli Təhlükəsizlik Nazirliyi
TQDK - Tələbə Qəbulu üzrə Dövlət Komissiyası |
|
| Əvvələ qayıt |
|
 |
Tusi

Qeydiyyat tarixi: B.e. Noy. 24, 2003 21:09 İsmarışlar: 27
|
Göndərilib: C.a. Dek. 11, 2003 01:57 İsmarış mətni: |
|
|
Semum, komeyine gore chox sag ol. Yene de bilirsense yaz, zehmet olmasa. _________________ Yaşamaq yanmaqdır, yanasan gərək.
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa yaşamır demək.
Onun da yaşamağı yanmağındadır. |
|
| Əvvələ qayıt |
|
 |
. Qonaq
|
Göndərilib: C. Dek. 12, 2003 00:15 İsmarış mətni: |
|
|
ABB – Azərbaycan Beynәlxalq Bankı
ADNA – Azərbaycan Dövlət Neft Akademiyası
AİB – Azərbaycan İcmalar Birliyi
AYİB - Avropa Yenidənqurma və İnkişaf Bankı
AKB - Azərbaycan Könüllülər Birliyi
ASK - Azərbaycan Sahibkarlar Konfederasiyası
ATM - Azərbaycan Tarixi Muzeyi
BMH – Birləşmiş Müxalifət Hərəkatı
VAMBP - Vahid Azərbaycan Milli Birlik Partiyası
VVAQ - Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı
CAMAH - Cənubi Azərbaycan Milli Azadlıq Hərəkatı
CM – Cinayət Məcəlləsi
QMİ - Qafqaz Müsəlmanları İdarəsi
DB – Dünya Bankı
HBVA - Helsinki Beynəlxalq Vətəndaş Assambleyası
İƏM - İslah Əmək Müəssisəsi
MQF - Milli Qeyri- Hökümət Təşkilatları Forumu
MOİK - Mərkəzi Ordu İdman Klubu
SİDSUH – Seçki İslahatı və Demokratik Seçki Uğrunda Hərəkat
SM – Seçki Məcəlləsi
TİM – Tibbi İnformasiya Mərkəzi
ÜTT - Ümumdünya Ticarət Təşkilatı |
|
| Əvvələ qayıt |
|
 |
. Qonaq
|
Göndərilib: B. Dek. 14, 2003 19:48 İsmarış mətni: |
|
|
AHİŞ - Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası
BAB – Bütöv Azərbaycan Birliyi
BƏƏ - Birləşmiş Ərəb Əmirlikləri
BƏT – Beynəlxalq Əmək Təşkilatı
BŞİH – Bakı Şəhər İcra Hakimiyyəti
GYF - Gəncliyə Yardım Fondu
İCDS – İnformasiya Cəmiyyəti üzrə Dünya Sammiti
MOK – Milli Olimpiya Komitəsi
MXP – Mütərəqqi Xalq Partiyası
XİQ – Xəzər üzrə Xüsusi İşçi Qrupu
Yeri gəlmişkən, sizə yalnız abbreviaturlar lazımdır, yoxsa ixtisarlar da? Məsələn, c. (cild), h. (hissə) və s. |
|
| Əvvələ qayıt |
|
 |
Tusi

Qeydiyyat tarixi: B.e. Noy. 24, 2003 21:09 İsmarışlar: 27
|
Göndərilib: B. Dek. 14, 2003 20:39 İsmarış mətni: |
|
|
Eziz Semum, gosterdiyin komeye gore sene minnetdaram. Mene her iki qisaltmalar lazimdir. Yene de yazsan sene minnetdaram olardim. Sen bu qosaltmalari haradan goturursen? Qezetden yoxsa...? Sence azerbaycan dilinde bele bir kitab tapa bilerem? Haradan ve nece? _________________ Yaşamaq yanmaqdır, yanasan gərək.
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa yaşamır demək.
Onun da yaşamağı yanmağındadır. |
|
| Əvvələ qayıt |
|
 |
. Qonaq
|
Göndərilib: Ş. Yan. 17, 2004 02:30 İsmarış mətni: |
|
|
| Sitat: | | Eziz Semum, gosterdiyin komeye gore sene minnetdaram. Mene her iki qisaltmalar lazimdir. Yene de yazsan sene minnetdaram olardim. Sen bu qosaltmalari haradan goturursen? Qezetden yoxsa...? Sence azerbaycan dilinde bele bir kitab tapa bilerem? Haradan ve nece? |
Bildiyim qədərlə Azərbaycan dilçiliyində qısaltmalar və ixtisalr az işlənmiş mövzulardandır. Ümumiyyətlə, bu mövzu ilə əlaqədar heç bir xüsusi kitab qarşıma çıxmayıb. Bu mövzu ilə əlaqədar bir neçə məqalə oxumuşam və hal-hazırda o məqalələrdən bə'ziləri məndə mövcuddur (lüzum varsa bu mövzuya yerləşdirə bilərəm onları).
Yazılan qısaltmalara gəlincə, bir ara xüsusi diqqətimi çəkmişdi, gündəlik qarşılaşdığımız bir sıra abbreviaturlar var ki, onların açılışını ya bilmirik, ya da bunda çətinlik çəkirik. Bu səbəbdən televiziya və mətuatda, müxtəlif kitablarda qarşıma çıxan qısaltmalar və ixtisarlar üçün xüsusi qovluğum mövcuddur ki, onlardan bə'zilərini artıq bu mövzuya qeyd etmişəm.
Ümumiyyətlə, mənə elə gəlir ki, qısaltmalar və ixtisarlarla əlaqədar sanballı bir tədqiqat işinə ehtiyac var.
İxtisarlar
ad. - adına
azərb. - azərbaycanca
alm. - almanca
anat. - anatomiya
arx. - arxitektura
astr. - astranomiya
aşp. - aşpazlıq
bağl. - bağlayıcı
bayt. - baytarlıq
c. - cild
h. - hissə
b. k. - bu kimi
dos. - dosent
m. v. - müəllif vərəqi
prof. - professor
və s. - və sair
səh. - səhifə
yol. - yoldaş
Qısaltmalar
AVMVB – Azәrbaycan Vәtәn Müharibәsi Veteranları Birliyi
ADT - Afrika Dövlətləri Təşkilatı
AHYDK - “Azərbaycan Hava Yolları” Dövlət Konserni
BAM - Baykal Amur Magistralı
BÖÇK - Beynəlxalq Ölçü və Çəki Komitəsi
VVAQ - Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı
QİÇS - Qazanılmış Immun Çatışmamazlıq Sindromu
TEC - Tələbə Elmi Cəmiyyəti
Bu keçiddə bir sıra beynəlxalq abbreviaturlar var ki, əksəriyyətinin Azərbaycan dilində necə işlədildiyini bilmirəm.
Bir də bir sıra arxaikləşmiş qısaltmalar var ki, onlar qeyd etməyə ehtiyac varmı? |
|
| Əvvələ qayıt |
|
 |
. Qonaq
|
Göndərilib: B. Yan. 18, 2004 01:06 İsmarış mətni: |
|
|
Aşağıda təqdim edəcəkələrimiz isə müxtəlif təmayüllü lüğətlərdə, dərsliklərdə və elmi-tədqiqat işlərində istifadə edilən şərti ixtisarlardır.
av. - aviasiya
aqr. - aqronomiya
arxeol. - arxeologiya
bakt. - bakterologiya
biol. - biologiya
bot. - botanika
bux. - buxalteriya
və b. - və başqaları
və i. a. - və ilaaxır
vulq. - vulqar (qeyri-ədəbi) söz
qəd. - qədim söz
qram. - qrammatika
dan. - danışıq dilində işlənən söz
d. y. - dəmir yol
dəniz. - dənizçilik
dəft. - dəftərxana termini
dilç. - dilçilik
dipl. - diplomatiya
el(ek). - elektrotexnika
etn. - etnoqrafiya
əvəz. - əvəzlik
ədəb. - ədəbiyyat(şünaslıq)
ər. - ərəbcə
zar. - zarafatla
zool. - zoologiya
iqt. - iqtisadiyyat
idm. - idman
inq. əv. - inqilabdan əvvəl işlənən söz
ing. - ingiliscə
incəsən. - incəsənət
isp. - ispanca
isteh. - istehza ilə deyilən söz
ital. - italyanca
yəh. - yəhudicə
yun. - yunanca
keç. keçmişdə
kim. - kimya
kin. - kinayə ilə deyilən söz
klas. - klasssik ədəbiyyatda işlənən söz
köhn. - köhnəlmiş söz
k. t. - kənd təsərrüfatı
geod. - geodeziya
geol. - geologiya
lat. - latınca
mal. - maliyyə (işi)
meteor. - meteorologiya
mex. - mexanika
meşəç. - meşəçilik
mə'd. - mə'dən işləri
məs. - məsələn
mətb. - mətbəə termini
məh. - məhəlli söz
məc. - məcazi (mə'nada)
mikrobiol - mikrobiologiya
miner. - mineralogiya
mif. - mifologiya
mod. - modal söz
mus. - musiqi
nisbi əvəz. - nisbi əvəzlik
nifr. - nifrət bildirən söz
num söz. - numirativ söz
ovç. - ovçuluq (termini)
paleon. - paleontologiya
ped. - pedaqogika
pol. - polyakca
poliqr. - poliqrafiya
psix(ol). - psixologiya
rad. - radiotexnika
rəs. - rəsmi dildə işlənən söz
rəss. - rəssamlıq
riyaz. - riyaziyyat
rus. - rusca
sanskr. - sanskritcə
sənət. - sənətşünaslıq
səs təql. - səs təqlidi
sif. - sifət
skand. - Skandinaviya dilləri
tar. - tarix(i)
ter. - termin
tex. - texnika
tənt. - təntənəli söz
tib. - tibbi termin
tibet. - tibetcə
tic. - ticarət termini
toxuc. - toxuculuq termini
uş. - uşaq dili
f. - fe'l
f. sifət - fe'li sifət
farm. - farmasevtika
fars. - farsca
fəls. - fəlsəfə
fiz. - fizika
fiziol. - fiziologiya
filol. - filologiya
fin. fincə
folk. - folklor
fon. - fonetika
fot. - fotoqrafiya
fr. - fransız(ca)
xüs. - xüsusi termin
hərb. - hərbi termin
hind. - hindcə
hol. - hollandca
hüq. - hüquqşünaslıq, hüquq termini
çin. - çincə
coğr. - coğrafiya
şair. - şairanə ifadə
şahm. - şahmat (termini)
şot. - şotlandca |
|
| Əvvələ qayıt |
|
 |
. Qonaq
|
Göndərilib: B.e. Yan. 26, 2004 04:23 İsmarış mətni: |
|
|
AAGİ – Azad Alman Gənclər İttifaqı
AAHİB – Azad Alman Həmkarlar İttifaqı Birliyi
ADR – Almaniya Demokratik Respublikası
ADT – Afrika Dövlətləri Təşkilatı
ADU – Azərbaycan Dövlət Universiteti
AE – Azərbaycan etnoqrafiyası
AEM – Azərbaycan etnoqrafiyası məcmuəsi
AFR – Almaniya Federativ Respublikası
AHİŞ – Azərbaycan Həmkarlar İttifaqı Şurası
AHK- Azərbaycan Həmkarlar Konfederasiyası
ANN – Avtomobil Nəqliyyatı Nazirliyi
APM – Ali Partiya Məktəbi
ASE – Azərbaycan Sovet Ensiklopediyası
ATAA - Amerika Türk Assosiasiyaları Assambleyası
Az.KTN ETKTİ və Tİ – Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu
BSE – Böyük Sovet Ensiklopediyası
BXMŞ – Bakı Xalq Maarif Şö’bəsi
CAİ – Cənubi Afrika İttifaqı
CKGE – Cənub Kompleks Təcrübi-Metodik Geologiya Ekspedisiyası
DYP – Dövlət Yol Polisi
KDQ – Kitabi-Dədə Qorqud
KKP – Kuba Kommunist Partiyası
KPİ – Kirovabad Pedaqoji İnstitutu
MK - Mərkəzi Komitə
Partbilet – partiya bileti
RASB – Rayon Aqrar Sənaye Briliyi
Raykom – rayon komitəsi
RERRQ – Respublika Elektrik Rabitəsi və Radiolaşdırılma Qovşağının E’malatxanası
RİK – Rayon İcraiyyə Komitəsi
RSR – Rumıniya Sosialist Respublikası
SİTA – Sovet İttifaqı Teleqraf Agentliyi
Sov.İKP – Sovet İttifaqı Kommunist Partiyası
SQ – Sosial Qiymətləndirmə
SSM – strateji silahların məhdudlaşdırılması
SSRİ – Sovet Sosialist Respublikalar İttifaqı
SSRİ GN METKKİ – Sovet Sosialist Respublikaları İttifaqı Geologiya Nazirliyi Mərkəzi Elmi-Tədqiqat Geoloji-Kəşfiyyat Əlvan və Nəcib Metalar İnstitutu
SƏR – Suriya Ərəb Respublikası
TİD – Tələbə inşaat dəstəsi
TN – Təhsil Nazirliyi
ÜDSŞ – Ümumdünya Sülh Şurası
ÜİLGİ – Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı
VCU – Vətəndaş Cəmiyyəti Uğrunda
YMKC – Yanğından Müdafiə Könüllü Cəmiyyəti
Göründüyü kimi, cəmiyyətimizdə baş verən bir sıra ictimai-siyasi dəyişikliklər nəticəsində yuxarıdakı qısaltmalardan bə'ziləri artıq dildəki aktiv rolunu itirmişdir. Bunlara yalnız bir sıra elmi-tədqiqat işlərində, publisistik yazılarda və s. rast gəlmək mümkündür. |
|
| Əvvələ qayıt |
|
 |
. Qonaq
|
Göndərilib: B. May 02, 2004 00:52 İsmarış mətni: |
|
|
AAK – Avropa Azərbaycanlıları Konqresi
AGF – Azərbaycan Gimnastika Federasiyası
AMF – Azərbaycan Mədəniyyət Fondu
AXUB BƏİ - Almaniya Xalq Universitetləri Birliyi Beynəlxalq Əməkdaşlıq İnstitutu
CAR – Cənubi Afrika Respublikası
DAHMK - Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsi
DAӘŞ - Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası
DİM – Demokratik İslahatlar Mərkəzi
JAM - Jurnalist Araşdırmaları Mərkəzi
MAAC - Mərkəzi Avrasiya Araşdırmalar Cəmiyyəti
MDBƏU - Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti
QDİƏT - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
QKDK - Azərbaycan Respublikasının Prezıdentı Yanında Qıymətli Kağizlar Üzrə Dövlət Komitəsi
SİTM – Siyasi İnnovasiya və Texnologiyaları Mərkəzi |
|
| Əvvələ qayıt |
|
 |
Yemish

Qeydiyyat tarixi: C.a. Mar. 18, 2004 22:56 İsmarışlar: 50 Şəhər/ölkə: Sumqayıt
|
Göndərilib: Çər. May 12, 2004 00:00 İsmarış mətni: |
|
|
Birini də mən yazım :
SDU --- Sumqayıt Dövlət Universiteti |
|
| Əvvələ qayıt |
|
 |
ph5.5

Qeydiyyat tarixi: C. Apr. 21, 2006 14:59 İsmarışlar: 16 Şəhər/ölkə: MenBurdanChixdim
|
Göndərilib: Çər. May 10, 2006 16:00 İsmarış mətni: |
|
|
| Yemish yazıb: | Birini də mən yazım :
SDU --- Sumqayıt Dövlət Universiteti |
sehf elemiremse qabaq Az.SI idi
Az.SI-Azerbaycan Senaye Inistitutu |
|
| Əvvələ qayıt |
|
 |
TUANA İncə ruhlu əsmər çiçək

Qeydiyyat tarixi: B.e. Dek. 06, 2004 18:43 İsmarışlar: 2603 Şəhər/ölkə: Ürək...)
|
Göndərilib: C. May 12, 2006 20:16 İsmarış mətni: |
|
|
| . yazıb: | | ADU – Azərbaycan Dövlət Universiteti |
Baki Dovlet Universitetinin ilkin adini ifaden eden qisaltma ADU indi Azerbaycan Diller Universitetinin qisaltmasidir.
Bir de: MMC - Mehdud Mesuliyyetli Cemiyyet _________________ ..zənnu gümanə sığmazam! |
|
| Əvvələ qayıt |
|
 |
o_La_La .

Qeydiyyat tarixi: B. May 04, 2008 10:55 İsmarışlar: 1765 Şəhər/ölkə: გიზლი დუნჯა… ☾✫
|
Göndərilib: C.a. Avq. 21, 2008 02:08 İsmarış mətni: |
|
|
| Yemish yazıb: | Birini də mən yazım :
SDU --- Sumqayıt Dövlət Universiteti |
Birini də mən yazım barı.
ADiU - Azəbaycan Dövlət İqtisad Universiteti. _________________ Xoşladığm bir gecə, yerlər, göylər işıqlı,
Ay bir sərxoş göz kimi, ulduzlar yaraşıqlı.
Bunları seyr edərkən,
Bir az fikrə gedərkən,
Fikrim, hissim, xəyalım o qədər yüksəldi ki... |
|
| Əvvələ qayıt |
|
 |
|